Xəbər Lenti

    İqor Mitreski: "Bakıda 4 il oynadıqdan sonra qərara gəldim ki..."

    FutbolTarix: 2017-08-12 19:00:00
    ...

    “Neftçi”nin və Makedoniya millisinin sabiq futbolçusu İqor Mitreski Rusiyanın “Sovetski sport” qəzetinə müsahibə verib. Sport24.az müsahibəni ixtisarla təqdim edir.

    - Hazırda nə işlə məşğulsunuz?

    - Balkan ölkələri üzrə skautam. Demək olar ki, işdən daha çox istirahət edirəm. Zarafatdır. Amma prinsipcə, burda ölkələr bir-birinə yaxındı - Makedoniya, Albaniya, Xorvatiya, Serbiya... Dostum Marko Trabukkiyə istidadların axtarışında yardımçı oluram. Makedoniya millisində qalmaq variantı da var. Ora gənc və yeniyetmələrdən ibarət komandaya futbolçu seçə bilərəm.

    - Klublarla əməkdaşlıq edirsiniz?

    - Makedoniyada “Vardar”, “Şkendiya” və Almaniyada bir neçə klubla işgüzar münasibətim var.

    - Nə üçün skaut oldunuz?

    - Bakıda 4 il oynadıqdan sonra qərara gəldim ki, karyeramı bitirib istirahət edim. İndi yavaş-yavaş işləməyə başlayıram. Axı mənim üç övladım, həyat yoldaşım var. Özüm isə 20 ilə yaxın xaricdə oynamışam. İndi vaxtımı daha çox ailəmə həsr etmək istəyirəm.

    - Skautun işində ən çətin olan nədi?

    - Dərhal qərar verməmək. Bəziləri bir matça baxan kimi, deyirlər bu yaxşı və ya pis oyunçudur. Belə olmaz. Bir futbolçunu 5-6 dəfə, hətta daha çox izləmək lazımdı.

    - Sizə Avropadan müraciət etsəydilər, onlara Rusiyadan hansı futbolçunu təklif edərsiniz?

    - İstedadlı futbolçular var. “Spartak”da yaxşı gənclər toplaşıb. Amma birmənalı nəsə deyə bilmərəm. Aleksandr Səmədovun oyunu xoşuma gəlir. Baxmayaraq ki, onun artıq 30 yaşı var.

    - Məşqçi olmaq fikriniz var?

    - Mənə görə deyil. Özümü bu sahədə görmürəm.

    - İyunda belə məlumat yayıldı ki, “Spartak”ın seleksioner-məşqçisi ola bilərsiniz. Doğrudur?

    - Belə söhbət var idi, amma alınmadı.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0