Xəbər Lenti

    Tural Axundov: "Kəpəz"ə qol vursam, sevinmərəm"

    FutbolTarix: 2017-08-11 20:41:00
    ...

    Azərbaycan Premyer Liqasının I turu çərçivəsində doğma meydanda "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt"ın futbolçusu Tural Axundov oyunla bağlı danışıb.

    İdmanxeber.com-a açıqlama verən Gəncə klubundan ötən mövsüm ayrılan cinah müdafiəçisi oyuna yaxşı kökləndiklərini, ilk turda sumqayıtlı azarkeşlərə qələbə bəxş etmək istədilərini vurğulayıb: "Çox yaxşı hazırlaşmışıq. Təbii ki, məqsədimiz oyunu qalib başa vurmaqdı. Çempionata gözəl nəticə ilə başlamaq istəyirik ki, xoş nəticə ilə də bitirək".

    2 il şərəfini qoruduğu "sarı-göylər"ə qarşı oynamağın çətin olacağını deyən Tural Axundov kapitanı olduğu sabiq klubunda yaxşı günlərinin olduğunu da dilə gətirib: "Kəpəz"in çox yaxşı azarkeşləri var. Çətin günlərimdə mənə dayaq olublar. Onların hər birinə öz dərin təşəkkürümü bildirirəm. Bu çətin oyun olacaq".

    "Kəpəz"də çıxış etdiyi vaxt ərzində ümumilikdə 11 dəfə rəqib qapılarına yol tapan sağ cinah müdafiəçisi "sabiq komandana vuracağın qola sevinərsən?" sualına belə cavab verib: "Bu futboldu, hər şey ola bilər. Köhnə rəhbərliyimdən incikliyim olmayıb, məni başa düşdülər, çox sağolsunlar, məndə istəyimlə ayrıldım. "Kəpəz"ə qol vursam, sevinmərəm". (idmanxeber.com)

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0