Xəbər Lenti

    Elxan Abdullayev: "Qarabağ"la oyun əsl imtahandı"

    FutbolTarix: 2017-03-18 22:14:23
    ...

    Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçından sonra meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 2:1 hesablı qələbədən sonra mütəxəssis məmnunluğunu gizlətməyib.

    -    İlk növbədə bütün “Neftçi” fanatlarını, bu komandaya bağlı olan hər kəsi təbrik edirəm. Futbolçulara da təşəkkür edirəm ki, bu gün meydanda canlarını qoydular.

    -    Ardıcıl ikinci oyundu ki, ilk yarıda qol vurduqdan sonra tempi öldürməyə çalışırsınız. Bu, sizin tapşırığınızdı?
    -    Rəqibi heç-heçə də qane edirdi. Qol vurduqdan sonra isə rəqibi bilərəkdən üzərimizə çəkdik. 

    -    İstədiyiniz “Neftçi” budumu?
    -    Hələ ki, tam istədiyimi görmürəm. Bunun üçün zamana ehtiyac var. Cəmi iki aydı bu heyəti formalaşdırmışıq.

    -    Qapıçının oyunundan razısınızmı?
    -    Baykoviçdən çox razıyam. Bugünkü qolu nəzərdə tutursunuzsa, bu, texniki səhv idi.

    -    Dreksanın yoxluğunda Ruslan Abışovu oynatdınız. Bu, o anlama gəlmir ki, Jayronun “kitabı bağlanıb”?
    -    Abışov “Neftçi”də müdafiəçi kimi başlayıb. Ruslan Jayrodan daha təcrübəlidi. Bugünkü oyun bu cür düzülüşü tələb edirdi.

    -    Dünən azarkeş komandanı fitə basırdı, bu gün bağrına basır. Bu günə gəlmək üçün nələri etdiniz?
    -    Özümü tərifləməyəcəm. Sadəcə, sevinirəm ki, fanatlarımız bu gün bizim arxamızdadı.

    -    Qarşıdan “Qarabağ”la Kubok oyunu gəlir...
    -    Əla imtahandı. “Qarabağ” Avropa ölçüləri ilə ortabab komandadı. Demək ki, Avrokuboklara getmək istəyiriksə, bu sınaqdan üzüağ çıxmalıyıq.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 23 15 4 4 37-11 49
Qəbələ 23 13 8 2 42-13 47
İnter 23 10 9 4 33-23 39
Zirə 23 8 6 9 20-23 30
Neftçi 23 8 2 13 19-36 26
Sumqayıt 23 6 7 9 20-30 25
Kəpəz 23 5 9 9 16-24 24
AZAL 23 1 7 15 10-37 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 21 15 5 1 54-8 50
Səbail 21 14 2 5 64-23 44
Qaradağ L. 21 14 1 6 50-24 43
Zaqatala 21 13 2 6 60-26 41
Ağsu 21 12 4 5 49-20 40
Şəmkir 21 12 2 7 32-18 38
Mil Muğan 21 10 4 7 33-24 34
MOİK 21 8 6 7 38-23 30
Şərurspor 21 7 4 10 36-39 25
Şahdağ 20 5 5 10 25-36 20
Energetik 21 4 3 14 19-72 15
Göyəzən 21 2 4 15 16-75 10
Rəvan 21 6 1 14 24-55 10
Bakılı 20 2 1 17 22-79 7