Xəbər Lenti

    Avropa çempionatı başa çatmaq üzrədi

    DigərTarix: 2017-08-06 09:08:00
    ...

    Danimarkanın Herninq şəhərində velosiped idmanının şosse növü üzrə Avropa çempionatı başa çatmaq üzrədi. Gənclər, U-23 və Elit kateqoriyası üzrə təşkil olunan yarışda 5 idmançımız mübarizə aparıb.

    Avropa çempionatı davam edən günlərdə Danimarkada müşahidə olunan yağışlı hava şəraiti yarışın gedişinətəsirsiz ötüşməyib. Məsələn, 152 gənc velosipedçidən yalnız 117-si məsafəni başa vurmağı bacarıb. Yığmaüzvlərimizə gəlincə, finişə 25 km qalmış İvan Orlov təkər deşilməsi, 8 km qalmış isə Mikayıl Səfərli toqquşma nəticəsində qiymətli vaxt itkisinə məruz qalıb və əsas pelotondan aralı düşüb. Buna rəğmən, velosipedçilərimiz 120,6 km məsafəni başa vurmağı bacarıblar.

    157 velosipedçinin starta çıxdığı U-23 yaş kateqoriyasında 160,8 km məsafəyə mübarizə zamanı da eyni hadisələr yaşanıb – Kənan Qəhrəmanlı və daha 20 iştirakçı qəza səbəbindən yarışı başa vura bilməyibsə, finişə300 metr qalmış növbəti qəza Elgün Əlizadənin qızıldan qiymətli saniyələr itirməsi ilə nəticələnib və o çempiona 11 saniyə uduzmaqla 69-cu olub.

    Qadın velosipedçimiz Yelena Pavluxinaya gəlincə, fərdi ötüşmədə 15-ci yeri tutan təmsilçimiz 120,6 km məsafyə qrup ötüşməsində çempion olmuş hollandiyalı idmançıdan 18 saniyə geri qalmaqla 97 nəfər arasında 35-ci nəticə göstərib.

    U-23 yaş kateqoriyasında qalib olmuş danimarkalı idmançıya çempion köynəyini və qızıl medalı Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvüSahib Ələkbərov təqdim edib.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0