Xəbər Lenti

    "Qəbələ"nin cüdoçuları Avropa kubokunda 2 medal qazandı

    CüdoTarix: 2017-07-30 09:42:00
    ...

    Almaniyanın paytaxtı Berlində gənc cüdoçuların Avropa kubokuma start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçuları oğlanların mübarizəsinin ilk günündə iki medal qazanıb.

    60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov rumıniyalı Alin Albu, braziliyalı Kaynan Pires, hollandiyalı Tim Banen və belçikalı Naufal Ez Zerrada qalib gələrək, yarımfinala yüksəlib. Fransalı Vend-Yam Romarik Boudanı da məğlub edən Hüseynov finalda rusiyalı Ramazan Abdullayevi də üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Yaqub Cavadov isə 66 kq çəki dərəcəsində uğur qazanıb. Almaniyalı Marat Nikita Pak və gürcüstanlı Giorgi Liparteliani üzərində qələbələrdən sonra idmançımız türkiyəli Çengizhan Dönməzə məğlub olub. Təsəlliverici görüşlərdə hollandiyalı Stevan Kyelman, türkiyəli Uğurcan Zehir, italiyalılar Samuele Faskinato və Luici Brudettiyə qalib gələn Cavadov Avropa kubokunun bürünc mükafatçısı olub.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10