Xəbər Lenti

    "İnter"in rəqibini tanıyaq: avrokubokların başıbəlalı debütantı

    FutbolTarix: 2017-06-19 16:17:00
    ...

    Avropa Liqasında “İnter”in rəqibi olan Serbiyanın “Mladsot Lukani” 1952-ci ildə yaradılıb. Sport24.az xəbər verir ki, komanda Yuqoslaviya 3-cü liqasında mübarizəyə başlayıb. 

    1989-cu ildə klub burada qələbə qazanaraq ikinci liqaya vəsiqəni təmin edir. 1989-90-cı illər mövsümündə ikinci liqada mübarizə aparan komanda turnir cədvəlini sonuncu pillədə başa vurur. Lakin Yuqoslaviya Futbol Federasiyasının verdiyi qərar əsasında komanda ikinci liqada qalır. 1995-ci ildə ikinci liqada çempion olan komanda birinci liqaya yüksəlir. 

    Lukani təmsilçisi 3 il burada mübarizə apardıqdan sonra 1998-ci ildə yenidən ikinci liqaya yuvarlanır. Burada da 3 mövsüm oynayan komanda 2001-ci ildə yenidən yuxarı liqaya yüksələ bilir. Lakin elə həmin il yenidən aşağı liqaya yuvarlanırlar. Buna baxmayaraq komandanın forvardı Zoran Duraskoviç 27 qolla birinci liqanın bombardiri olur. 

    2007-ci ildə Serbia Birinci Liqasında çempion olan komanda Superliqaya vəsiqə əldə edir. Lakin bu vəsiqə komanda üçün heç də xoş nəticələnmir. Superliqada orta pillələrdə qərarlaşan klub maliyyə çətinlikləri məngənəsinə düşür. Maliyyə problemləri onların yenidən aşağı liqalara yuvarlanmasına səbəb olur. 6 mövsüm birinci liqada mübarizə aparan komanda 2013-2014 mövsümündən etibarən Superliqada qərarlaşa bilir. Superliqaya qayıdışlarını onlar 7-ci pilləni tutmaqla qeyd edirlər. Komandanın hücumçusu Patrik Friday Eze 15 qol vuraraq Serbiya liqasının bombardiri olur. 

    2016/2017-ci il mövsümünü “Mladost Lukani” 4-cü pillədə tamamlayır və tarixində ilk dəfə olaraq avrokuboklara vəsiqə qazanır. 
    Komanda oyunlarını 8 min tutuma malik “Mladost Stadium”da keçirir. 

    Baş məşqçi Nenad Milovanoviçdir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10