Xəbər Lenti

    İcra başçısı İslamiadanın mükafatçısını qəbul etdi - FOTOLAR

    İslamiadaTarix: 2017-05-31 15:48:00
    ...

    Zəngilan Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov, Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Asiman Qurbanlı ilə görüşüb. Sport24.az xəbər verir ki, R.Həsənov mötəbər yarışda medal qazanması münasibətilə A.Qurbanlını təbrik edərək, ona idman karyerasında yeni zəfərlər arzulayıb. 

    Görüşdə həmçinin Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, A.Qurbanlının şəxsi məşqçisi, əməkdar məşqçi və milli hakim Seymur Xudaverdiyev, eləcə də Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə iştirak edib. Söhbət zamanı Zəngilan idmanının tarixi və ənənələrindən, yerli idmançıların qazandığı nəticələrdən danışılıb.

    Ramiz Həsənov ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmana və olimpiya hərəkatına xüsusi diqqəti sayəsində uğurlarımızın ilbəil artdığını qeyd edib. O, Bakıda ilk Avropa Oyunlarında və 4-cü İslam Həmrəyliyi Oyunlarında azərbaycan idmançılarının əldə etdiyi son tarixi nəticələrin də məhz bu qayğı sayəsində qazanıldığını diqqətə çatdırıb. 

    Görüşün sonunda R.Həsənov A.Qurbanlıya qiymətli hədiyyə, fəxri diplom və Zəngilana aid yeni kitab nəşrləri bağışlayıb. Federasiyanın rəsmisi S.Məhərrəmov səmimi qəbula görə AMKF-in prezidenti Yaşar Bəşirovun adından Zəngilan Rayon İcra başçısına minnətdarlıq ifadə edib, ona Dünya Karate Federasiyasının (WKF) 3-cü dan fəxri qara kəmər sertifikatını təqdim edib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10