Xəbər Lenti

    İslamiadada iştirak edəcək boksçuların adı nə vaxt açıqlanacaq?

    BoksTarix: 2017-03-13 22:13:34
    ...

    Paytaxt Bakıda keçiriləcək sayca dördüncü İslam Həmrəyliyi Oyunlarının startına iki aydan da az vaxt qalıb. Komandaların məşqçilər heyəti idmançıları müxtəlif beynəlxalq yarışlarda sınaqdan keçirməklə heyəti müəyyənləşdirməkdədi. Bəs boks yığması mötəbər yarışda iştirak edəcək idmançıların adını nə vaxt açıqlayacaq?

    Bu barədə Sport24.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ramiz Mirzəzadə bildirdi ki, böyük ölçüdə hər şeyə "Böyük İpək Yolu" turnirindən sonra aydınlıq gələcək: ""Böyük İpək Yolu"nun yekununu gözləyirik. Yarışa xeyli sayda idmançı cəlb edilib. Çox güman ki, bundan sonra hər şeyə aydınlıq gələcək. Hardasa apreldə dəqiq məlumat veriləcək".

    Qeyd edək ki, Bakıda təşkil olunan ənənəvi "Böyük İpək Yolu" turnirinə martın 14-də start veriləcək. Üç gün davam edəcək yarışda 10 ölkədən 100-dək boksçunun iştirak edəcəyi gözlənilir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 27 17 6 4 44-13 59
Qəbələ 26 13 10 3 43-16 49
İnter 26 11 10 5 36-28 43
Zirə 27 8 10 9 25-28 34
Kəpəz 27 8 9 10 23-27 33
Sumqayıt 27 8 8 11 26-34 32
Neftçi 27 9 3 15 25-42 30
AZAL 27 1 7 19 13-47 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 25 17 7 1 60-10 58
Səbail 25 17 3 5 73-24 54
Qaradağ L. 25 17 1 7 63- 29 52
Ağsu 25 16 4 5 63-21 52
Şəmkir 25 15 2 8 41-20 47
Zaqatala 25 14 4 7 66-31 46
Mil Muğan 25 12 5 8 45-32 41
MOİK 25 9 6 10 41-30 33
Şahdağ 25 7 6 12 33-45 27
Şərurspor 25 7 4 14 36-51 25
Energetik 25 5 5 15 24-78 20
Bakılı 25 3 2 20 29-92 11
Rəvan 25 6 1 18 24-67 10
Göyəzən 25 2 4 19 19-93 10