Xəbər Lenti

    "Böyük Dəbilqə": Rüfətin triumfu və imkanlarından aşağı çıxış edənlər - QEYD

    CüdoTarix: 2017-03-13 19:24:00
    ...

    Cüdo üzrə sayca beşinci Bakı "Böyük Dəbilqə" turniri tarixin yaddaşına köçdü. Gözlənildiyi kimi, göstərici ötən ilkindən yaxşı olsa da, hər halda bu, yəni, 1 qızıl, 2 gümüş, 4 bürünc mükafat minimum cıvarında nəticə idi.

    Əvvəlcədən də əsas nəticələrin məhz üçüncü gündə qazanılacağı proqnozlaşdırılırdı. Çünki ən reytinqli cüdoçularımız məhz kişilərin yuxarı çəki dərəcələrində yer alırdı. Ki, onlardan üçü minimum vəzifəni yerinə yetirməklə əvvəlki günə nisbətdə ümumi nəticəni bir pillə də yaxşılaşdıraraq millimizi komanda hesabında ikinci etdilər.

    Medalsız qalsalar da, Tural Safquliyevin uzun aradan sonra həlledici medal mübarizəsinədək irəliləməsi, beşinci olan Abdulhaqq Rəsullunun yeni çəkidə uğurlu hesab ediləcək çıxışı da qeyd edilməlidi. Həmçinin gənc Zəlim Kotsoyevin bürünc görüşünədək gəlməsi nəzərəçarpan hadisədi.

    Tsiklın ilk "Böyük Dəbilqə"sində birinci olan Elxan Məmmədov isə medal qazansa da, açığı, çıxışı o dərəcədə də ümidverici deyildi. Yeganə qeyd ediləsi məqam son Avropa üçüncüsü, estoniyalı Qriqori Minaşkini keçməsidi. Fiziki cəhətdən xeyli geriləyən 35 yaşlı Məmmədovun, bu gedişlə qarşıdakı yarışlarda da uğur qazanması çətin görünür.

    Elmar Qasımovun final yolu isə cəmi iki görüşdən ibarət oldu ki, hər iki qələbəsində nə rəqib, nə də çıxış sarıdan xüsusi vurğulanmalı nəsə yoxdu. Fiziki cəhətdən hazır olmadığı göründü. Bunu finalda Hollandiya təmsilçisi Mixael Korrelə məğlubiyyətdən sonra özü də etiraf etdi.

    +100-də isə yeganə iddialımız Uşanqi Kokauri idi ki, gürcü legioner beşinci olsa da, bu yolda sadəcə komanda yoldaşını üstələdi. Əvəzində isə Gürcüstan millisinin 3 və 4 nömrələri ilə bacarmadı. Kokaurinin texniki zəifliyi əvvəlcədən məlum idisə, fiziki cəhətdən də gerilədiyi nəzərə çarpdı.

     

    Ümumən turniri komandamız üçün Rüfət İsmayılovun triumfu ilə əlamətdar hesab etmək olar. 90 kiloqramda çıxış edən Məmmədəli Mehdiyevin zədədən yeni dönməsinə baxmayaraq kifayət qədər hazırlıqlı təsir bağışladığını qeyd etmək lazımdı. Eləcə də lider cüdoçulardan Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov və Elmar Qasımovun imkanlarından aşağı səviyyədə çıxış etməsini.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10