Xəbər Lenti

    Olimpiya çempionumuzdan baxış: "Tokioyadək xeyli cüdoçumuz yetişəcək"

    CüdoTarix: 2017-03-13 11:15:00
    ...

    Cüdo üzrə olimpiya çempionu Nazim Hüseynov Sport24-ə müsahibə verib. Hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan veteren idmançı dünən başa çatan "Böyük Dəbilqə" və digər məsələlər haqda danışıb.

    - Nazim bəy, sizcə, necə çıxış etdik?
    - Hesab edirəm ki, nəticə yaxşıdı. Keçən ilə nisbətdə xeyli yaxşı çıxış etdik. Elmar Qasımov son anda "qızıl"ı əldən verməsəydi, daha yaxşı olardı təbii ki.

     

    - Keçən il daha güclü rəqabət vardı...
    - O da düzdü. Amma məsələn, 73 və 81 kiloqramdakı rəqabət heç də keçənilkindən geri qalmırdı. 81-də birinci olan Rüfət İsmayılov çıxışı ilə dünya cüdo ictimaiyyətini təəccübləndirdi. 

     

    - Rüfət haqda nə fikirdəsiz, sizcə, bu çəkidə uzun müddətdi müşahidə olunan boşluğu doldura biləcək?
    - Zəif cəhətləri də var. Üstündə bir xeyli çalışmalıdı. Ancaq böyük ölçüdə götürdükdə, istedadlı cüdoçudu. Gələcəyi böyük ümid vəd edir. Bir məsələ də var ki, onun çəkisi 81-dən daha çox olur, yaxınlarda 90 kiloqram çəki dərəcəsinə keçməsi gözlənilir. 

     

    - Siz və Elnur Məmmədlidən sonra beynəlxalq arenada bir "Asiya sindromu" yaşanır. Təmsilçilərimiz xüsusən Yaponiya cüdoçuları ilə görüşlərdə çox çətinlik çəkirlər...
    - Niyə, reytinqdə lider olan uşaqlar var yığmada. Orxan Səfərov, Rüstəm Orucov, Elmar Qasımovdan çəkinirlər.
    Hesab edirəm ki, Tokioyadək xeyli sayda iddialı cüdoçumuz yetişəcək. Federasiyanın yeni rəhbərliyi cüdoya daha böyük diqqət ayırır. 

     

    - Avropa çempionatı, İslam Oyunları, dünya çempionatı kimi mötəbər yarışlar var qarşıda. Bu yarışlarda kimlərin nəticə qazanacağına ümid edirsiz?
    - Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımova inanıram.

     

    - Bəs Elxan Məmmədov?
    - Məncə, Elxan bu il getməlidi. İslam Oyunlarında nə edəcəksə, edəcək, bundan sonra çətin davam gətirə.

     

    SAHİB ƏSƏDBƏYLİ
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0