Xəbər Lenti

    Cüdoçularımız ümumi hesabda beşinci, kişilərin sıralamasında ikincidi

    CüdoTarix: 2017-04-21 21:45:07
    ...

    Cüdo üzrə Avropa çempionatında ikinci yarış günü də arxada qalıb. Sport24.az xəbər verir ki, bu gün kişi və qadınların hərəsində iki olmaqla, daha dörd dəst medal sahiblərini tapıb.

    Kişilərdə 73 və 81, qadınlarda isə 63 və 70 kiloqram çəki dərəcələri üzrə mübarizə baş tutub.

    Aktivinə 1 qızıl, 1 bürünc medal yazan millimiz komanda hesabında beşinci pilləyə yüksəlib. 1 qızıl, 3 medalla hazırda, müvafiq olaraq, Rusiya(2 qızıl, 3 gümüş, 1 bürünc), Ukrayna(2 qızıl), Fransa(1 qızıl, 1 gümüş, 2 bürünc) və Sloveniya(1 qızıl, 1 gümüş) komandalarından geri qalırıq.

    Bütün medalları kişilərin yarışında qazanan cüdoçularımız bu sıralamada sadəcə Rusiya millisindən geri qalır. Rusların aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. 

    Qeyd edək ki, turnirin fərdi proqramına sabah yekun vurulacaq. Son yarış günündə kişilərdə üç(90, 100, +100 kq) qadınlarda isə iki çəkidə(78 və +78 kq) qaliblər müəyyənləşəcək. Ölkəmiz kişilərin yarışında Məmmədəli Mehdiyev(90), Elmar Qasımov, Elxan Məmmədov(100) və Uşanqi Kokauri(+100 kq) ilə təmsil olunacaq.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 27 17 6 4 44-13 59
Qəbələ 26 13 10 3 43-16 49
İnter 26 11 10 5 36-28 43
Zirə 27 8 10 9 25-28 34
Kəpəz 27 8 9 10 23-27 33
Sumqayıt 27 8 8 11 26-34 32
Neftçi 27 9 3 15 25-42 30
AZAL 27 1 7 19 13-47 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 25 17 7 1 60-10 58
Səbail 25 17 3 5 73-24 54
Qaradağ L. 25 17 1 7 63- 29 52
Ağsu 25 16 4 5 63-21 52
Şəmkir 25 15 2 8 41-20 47
Zaqatala 25 14 4 7 66-31 46
Mil Muğan 25 12 5 8 45-32 41
MOİK 25 9 6 10 41-30 33
Şahdağ 25 7 6 12 33-45 27
Şərurspor 25 7 4 14 36-51 25
Energetik 25 5 5 15 24-78 20
Bakılı 25 3 2 20 29-92 11
Rəvan 25 6 1 18 24-67 10
Göyəzən 25 2 4 19 19-93 10