Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 1/4 final mərhələsinin ikinci oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Turan" "doğma divarlar" arasında "Murov Az Terminal"ı qəbul edəcək. Tovuz Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 16:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında "DH Volley" "Azərreyl"lə üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 18:00-da start götürəcək.
"Turan" və "DH Volley" ilk matçlarda qələbə qazanıblar - 3:0.
Qeyd edək ki, 1/4 finalın digər oyunları sabah keçiriləcək.