Tanınmış italyan mütəxəssis Fabio Kapello həmyerlilərinin DÇ-2026-ya vəsiqə qazana bilməməsində günahkar olanların adlarını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Football Italia"-ya açıqlama verib:
"Yaşanan uğursuzluğa görə, heç kim istefa vermək istəmir ki, ən narahatedici məqam da budur. Məsuliyyəti öz üzərinə götürməli şəxs federasiya prezidenti və onun ətrafındakılardır. Bu, təkcə nəticələrlə bağlı deyil, həm də ölkənin strukturu ilə əlaqədardır. İtaliya hər şeyə sıfırdan başlamalıdır. Mütəxəssisləri bir araya gətirməli, baş verənləri təhlil etməli və infrastrukturu yenidən qurmağa başlamalıyıq. Baş verənlərə görə, heç kim bəhanə axtarmamalıdır. Uğursuzluğa bəraət yoxdur. İnanıram ki, bu, əsl yenilənmənin başlanğıcı olacaq".
Qeyd edək ki, italiyalılar mundiala vəsiqə qazanmaq üçün A yolunun son pley-off matçında Bosniya və Herseqovinaya (1-1, penaltilərdə 1-4) məğlub olub.