Kişi voleybolçuların Yüksək Liqasında ilkin mərhələyə yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün FHN-in idman zalında son tur (XX tur) çərçivəsində "ORDU" – "Gənclər", "Neftçi" – "Azərreyl" və "Murov Az Terminal" – "Xilasedici" qarşılaşmaları baş tutub.
Gərgin və maraqlı keçən bu oyunlarda "ORDU" (3:2), "Azərreyl" (3:2) və "Xilasedici" (3:0) komandaları qələbə qazanıblar.
Beləliklə, 20 turun yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan "Xilasedici", "Neftçi", "ORDU" və "Murov Az Terminal" komandaları yarımfinala yüksəliblər.
Reqlamentə əsasən, yarımfinal iki oyundan (ev və səfər) ibarət olacaq. İki qarşılaşmadan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.
Qeyd edək ki, yarımfinal oyunları aprelin 7-də start götürəcək.
30 mart 2026
Yüksək Liqa (kişilər) | XX tur (son tur)
"ORDU" – "Gənclər" 3:2 (23:25, 22:25, 25:16, 25:19, 15:6)
"Neftçi" – "AZERRAIL" 2:3 (25:22, 20:25, 25:17, 23:25, 12:15)
"Murov Az Terminal" – "Xilasedici" 0:3 (17:25, 23:25, 19:25)
Yarımfinal mərhələsinin cütləri:
"Xilasedici" (1) - "Murov Az Terminal" (4)
"Neftçi" (2) – "ORDU" (3)