Azərbaycan millisi Bakıda təşkil olunan "FIFA Series – 2026" beynəlxalq turnirini qələbə ilə tamamlayıb. Final oyununun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və qalib penaltilər seriyasında müəyyənləşib. Futbolçularımızın dəqiqliyi sayəsində millimiz seriyada 9:8 hesabı ilə üstün olaraq turnirin qalibi elan edilib. Sport24.az xəbər verir ki, matçdan sonra komandaların mükafatlandırılma mərasimi keçirilib.

 

Azərbaycan milli komandasına yarışın kuboku təqdim edilib.

 

Yığmamızın kapitanı Emin Mahmudova kuboku AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim edib.