Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. Sport24.az xəbər verir ki, qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

 

"Abşeron" komandası "Milli Aviasiya Akademiyası"na, UNEC isə "Gəncə"yə 2:3 hesabı ilə məğlub olub.


Ötən gün bu raudun ilk görüşlərində "Azərreyl" "DH Volley"ə, "Murov Az Terminal" isə Turan"a 0:3 hesabı ilə uduzub. 1/4 final mərhələsinin cavab matçları aprelin 2-3-də keçiriləcək.