Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün XX turunun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, B qrupunda yer alan komandaların duelidə "Ordu" komandası "Lənkəran"a qalib gəlib - 107:65.

 

Matç "Sərhədçi" İdman Mərkəzində baş tutub.

 

Günün ilk görüşündə "Quba" komandası Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub. 


Bu gün həmçinin "Sərhədçi" – "Sumqayıt" görüşü baş tutacaq.