Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümün sonuncu turunda növbəti matç keçirilib. Sport24.az xəbər verir ki, "Sərhədçi" "Sumqayıt"ı məğlub edib.

 

Görüş "Sərhədçi" İdman Mərkəzində keçirilib.

 

Matç meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.


B qrupunun digər iki matçında "Ordu" komandası "Lənkəran"a qalib gəlib - 107:65. "Quba" komandası isə Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub.