"FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 18:30-da "Dalğa Arena"da media nümayəndələrinin qarşısına çıxacaq:

 

29 mart

 

Syerra Leone milli komandası
18:00. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq ("Kapital Bank Arena")


Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı ("Dalğa Arena")
19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq ("Dalğa Arena")