Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev bu gecə turnirdə döyüşə çıxacaq. Sport24.az xəbər verir ki, o, Çili təmsilçisi İqnasio Bahamondeslə qarşılaşacaq.
Döyüş ABŞ-nin Sietl şəhərində təşkil olunacaq.
Bahamondes bundan əvvəl Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.
İqnasio ilə qarşılaşma Tofiq Musayevin UFC karyerasındakı 2-ci döyüşü olacaq. O daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.