Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, o, milli komandalar tarixində ən yaşlı məşqçi olub. Luçesku DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə ilə pley-off matçında (0:1) yığmaya 80 yaş 7 aylıqda rəhbərlik edib.

 

Rumıniyalı mütəxəssis bununla da komandaya 80 yaş 6 aylıq yaşında rəhbərlik edən Kuk Adaları millisinin sabiq məşqçisi Alan Teylorun rekordunu keçib.


Təcrübəli məşqçi karyerasına 1979-cu ildə "Korvinul"u idarə edərkən başlayıb. O, daha sonra Ukraynada "Şaxtyor" və "Dinamo" Kiyev, Rusiya və Türkiyə klublarında çalışıb.