"Everton" rəhbərliyi baş məşqçi Devid Moyesə bu yay yeni müqavilə təklif etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Moyes ötən ilin yanvar ayında kluba qayıdaraq iki il yarımlıq müqavilə imzalayıb. Həmin vaxt "Everton"u düşmə zonasından cəmi bir xal ayırırdı. Lakin şotlandiyalı mütəxəssis vəziyyəti düzəldə bildi və komanda avrokuboklara vəsiqə qazanmağa çalışır. "Everton" hazırda səkkizinci yerdədir və ilk "beşlik"dən cəmi üç xal geridədir.
"Everton"un sahibləri olan "Friedkin Group" əvvəlcə Moyesə qısamüddətli təyinat kimi baxıb. İndi isə onlar 62 yaşlı mütəxəssisin klubu daha üst səviyyəyə yüksəldəcəyinə inanırlar və bu üzdən müqaviləsini uzatmağa hazırdırlar.