"Real"ın müdafiəçisi Raul Asensio klubda çətin dövr yaşayır. Sport24.az xəbər verir ki, ispaniyalı futbolçunun son vaxtlar heyətdə yer almaması sağlamlıq problemləri ilə bağlı deyil.
Bu barədə jurnalist Pablo Qalleqon məlumat yayıb.
Mənbənin bildirdiyinə əsasən, səbəb oyunçunun meydandan kənardakı həyat tərzinin "kral klubu"nun sərt tələblərinə uyğun gəlməməsidir. Klub rəhbərliyi və məşqçilər korpusu 23 yaşlı mərkəz müdafiəçisinin intizamından narazıdır. Bu da onun son oyunlarda əsas heyətdən kənarda qalmasına səbəb olub.
Qeyd edək ki, Raul Asensio bu mövsüm "Real"ın bütün turnirlər daxil olmaqla 30 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.