"Bayer"in hücumçusu Patrik Şik yeni mövsümdə Türkiyədə çıxış edə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" forvardın xidmətində maraqlıdır.


Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu çexiyalı forvard üçün danışıqlara başlamağı planlaşdırır.


Şik bu mövsüm Bundesliqada 21 oyunda 9 qol vurub.