"Mançester Siti"nin futbolçusu Fil Foden bu yay komandadan ayrılmaq istədiyini bildirib. Sport24.az "Football Insider"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi yetərincə oynamaq şansı qazanmadığından narazıdır.

 

Mənbənin sözlərinə görə, vəziyyət yaxın vaxtlarda dəyişməsə o, klubdan ayrılmaqda israr edəcək. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir. 

 

Qeyd edək ki, Foden bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.