"Qarşılaşma çox yaxşı keçdi, qələbə qazandıq. Keyfiyyətli oyun göstərmək üçün yağış bir az mane olurdu". Sport24.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin qapıçısı Rza Cəfərov deyib.

 

Qolkiper "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiyaya qalib gəldikləri (6:1) matçla bağlı fikirlərini bölüşüb:

 

"Hər kəsi təbrik edirəm. İkinci hissədə heyət dəyişdi. Səlahət Ağayev təcrübəli qapıçıdır. Mənim o barədə nəsə deməyim artıq olar".

 

R. Cəfərov heyətə dəvət olunmayan qapıçılar barədə danışmaq istəməyib:


"Bu barədə nəsə deyə bilmərəm. Məşqçilər daha yaxşı bilir. Ən yaxşısını onlar görür".

 

Oyunçu növbəti matçda da qələbə qazanmaq istədiklərini söyləyib:

 

"Bunun üşün əlimizdən gələni edəcəyik. Xalqımızı sevindirmək niyyətindəyik".


Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.