Futbol üzrə milli komandalar arasında bir sıra yoldaşlıq görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Niderland millisi öz meydanında Norveç yığmasını qəbul edib.

 

Gərgin keçən qarşılaşmada qapılara ümumilikdə 3 qol vurulub. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


İngiltərə millisi isə doğma azarkeşləri önündə Uruqvayla bacarmayıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.