İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor yenidən oktaqona qayıtmağa hazırlaşır. Sport24.az insayder Ariel Helveynə istinadla xəbər verir ki, tanınmış idmançı Beynəlxalq Döyüş Həftəsinə həsr olunmuş turnirdə iştirak edəcək.

 

Məlumata görə, irlandiyalı ulduzun ən ehtimal olunan rəqibi Maks Holloueydir.

 


Azarkeşlər bu qarşılaşmanı indidən ilin döyüşünə əsas namizəd kimi dəyərləndirirlər. Lakin bəzi fanatlar döyüş baş tutana qədər yenə də hansısa gözlənilməz hadisənin baş verə biləcəyindən ehtiyatlanırlar.