"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Lemina ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi qabonlu yarımmüdafiəçini komandada saxlayacaq.

 

Bu barədə "Takvim" nəşri məlumat yayıb.


"Sarı-qırmızılar" 32 yaşlı dayaq yarımmüdafiəçisinin sözləşməsinin müddətini daha 1 il uzadacaq.

 

Qeyd edək ki, "Qalatasaray" Mario Leminanı 2025-ci ilin yayında "Vulverhempton"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.