Azərbaycanın 14 yaşadək basketbolçulardan ibarət milli komandası Türkiyədə təşkil olunan "EVOQ Challenge Cup" turnirində uğurlu nəticə göstərib. Sport24.az xəbər verir ki, Yalova şəhərində keçirilən yarışda yığma güclü rəqiblərlə qarşılaşaraq turniri üçüncü sırada tamamlayıb.
Birinciliyi "Fənərbağça" qazanıb, ikinci pillədə isə "İstanbul Büyükşehir Belediyesi" qərarlaşıb. Azərbaycan millisi isə bürünc medala yiyələnərək turniri mükafatçılar sırasında başa vurub.