Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIX tura start verilib. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Gənclər" komandası "Murov Az Terminal"la üz-üzə gəlib.

 

Görüş Abşeron Olimpiya İdman Kompleksində saat 15:00-da başlayıb. Oyun "Murov Az Terminal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün ikinci matçında isə "Azərreyl" komandası "Ordu" ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyun "Azərreyl"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.


Qeyd edək ki, mövsümün sonuncu – XX turu martın 30-da yekunlaşacaq.