Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqada XIX tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk görüşündə "Murov AZ Terminal" "Gənclər"lə üz-üzə gələcək.

 

Abşeron Olimpiya İdman Kompleksində keçiriəcək görüş saat 15:00-da başlayacaq. 

 

"Azərreyl" "Ordu", "Xilasedici" "Neftçi" ilə qarşılaşacaq. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

 

Qeyd edək ki, müntəzəm mövsümün sonuncu - XX turu martın 30-da keçiriləcək.