"Liverpul"un keçmiş kapitanı və yarımmüdafiəçisi Stiven Cerrard hücumçu Məhəmməd Salahın komandadan ayrılacağı ilə bağlı durumu şərh edib. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Goal"a açıqlama verib:
"Komandaya böyük fayda verəcək bir oyunçu almalısan, əks halda onu əvəz edə bilməyəcəksən. Salahı əvəz etmək üçün dünyanın ən yaxşı üç-dörd vingerindən birini gətirməlisən. Çünki Mo məhz belədir".
Qeyd edək ki, bir neçə gün öncə Salah cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını bildirib. Misirli cinah hücumçusu 2017-ci ildən "qırmızılar"ın formasını geyinir. Salah Premyer Liqada 310 oyun keçirib, 189 qol vurub və 92 məhsuldar ötürmə edib.