"Barselona" və İspaniya yığmasının hücumçusu Lamin Yamalın atası Munir Nəsraui oğlu haqqında cəsarətli bir açıqlama verərək iddia edib ki, dünya hələ onun əsl istedadının beşdə birini belə görməyib. Sport24.az xəbər verir ki, ulduz futbolçunun atası bununla bağlı "El Chiringuito"ya danışıb:
"Lamine futbol qabiliyyətinin 20 faizini belə göstərməyib. Oğlum çalışır, oğlum döyüşür".
Yamalın atası oğlunun kimlərləsə müqayisə olunmasına da qarşı çıxıb: "Mən heç vaxt oğlumu kiminləsə müqayisə etməmişəm. Onu yalnız özü ilə müqayisə etmək olar. Arzum burdur ki, qoy indikindən daha yaxşı olsun. Onun özünü heç kimlə müqayisə etməsinə ehtiyac yoxdur, çünki heç kim özünü onunla müqayisə edə bilməz".