Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçiriləcək.
Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi oyunlardan biri İstanbulda keçiriləcək. Türkiyə millisi "doğma divarlar" arasında Rumıniya ilə qarşılaşacaq. "Beşiktaş Park" stadionunda təşkil edəcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya - Şimali İrlandiya
23.45. Uels - Bosniya və Herseqovina
B yolu
23:45. Ukrayna - İsveç
24:45. Polşa - Albaniya
C yolu
21:00. Türkiyə - Rumıniya
23:45. Slovakiya - Kosovo
D yolu
23:45. Danimarka - Şimali Makedoniya
23:45. Çexiya - İrlandiya