Asiya Futbol Konfederasiyası (AFC) 2027-ci ildə keçiriləcək Asiya Kubokunun final mərhələsinin püşkatmasını təxirə salıb. Tədbir aprelin 11-də Ər-Riyadda keçirilməli idi. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

AFC püşkatmanın təxirə salınması qərarının təhlükəsizlik səbəbləri ilə verildiyini açıqlayıb. 

 

Qeyd edək ki, Asiya Kubokunun final mərhələsi gələn il yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Daha əvvəl Yaxın Şərqdəki vəziyyətə görə Asiya Çempionlar Liqasının oyunları təxirə salınmışdı.