"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri, keçmişində Madrid "Atletiko"unda oynamasına baxmayaraq, La Liqaya qayıtması və gələcəkdə "Real"ın formasını geyinmək ehtimalından danışıb. Sport24.az xəbər verir ki, 2024-cü ildə "Qızıl top"un qalibi olan futbolçu bununla bağlı "metro"ya açıqlama verib:
"Vaxtilə "Atletiko"da oynamağım "Real"a keçidimə mane olmur. Dünyanın ən yaxşı klublarına "yox" demək olmaz. "Santyaqo Bernabeu"da həmişə xüsusi bir atmosfer olur. La Liqaya qayıtmaq istərdim - hələ də liqanı izləyirəm. Premyer Liqanı da sevirəm - çox tələbkardır, hazırda orada oynamaqdan məmnunam. "Mançester Siti" ilə müqaviləmin bitməsinə bir il qalıb. Oturub danışacağımız vaxt gələcək".
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib və iki qol vurub. Rodri 2019-cu ildə "Atletiko"dan ildən "Mançester Siti"yə transfer olunub. Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun bazar dəyəri 65 milyon avrodur.