"Millimiz uzun müddətdir qələbə qazana bilmir. Fikrimcə, qarşıdakı oyunlarda bu uğursuz seriyaya qosn qoyulacaq".  Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.


Veteran futbolçu yığmanın "FIFA Series - 2026"da şanslarını dəyərləndirib:

 

"Bundan əvvəlki rəqiblərimiz çox güclü idi. Ona görə də qələbə gözləmək tez idi. Heyətə dəvət olunan futbolçular çempionatda öz komandalarında oynayırlar və hamısı yığmanın formasını geyinməyə layiqdirlər. Belə matçlar futbolçuların xeyrinədir. Ümumiyyətlə, milli komanda çox həssas yerimizdir. Ona görə də düzgün qərar vermək lazımdır. Yerli məşqçi mentaliteti daha yaxşı bilir, futbolçuları tanıyır. Yəni onlara hərtəfərli bələddir. Milliyə dəvət alan futbolçu məsuliyyəti dərk etməlidir".

Qeyd edək ki, Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra- Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq