"Mançester Yunayted" "Fulhem"in müdafiəçisi Entoni Robinsonu transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" sol cinah müdafiəçisi mövqeyini gücləndirməyə çalışır və 28 yaşlı amerikalı 2026/27 mövsümündən əvvəl nəzərdən keçirilə biləcək bir neçə namizəddən biridir.
Bir müddət əvvəl "Liverpul"un oyunçuya maraq göstərildiyi bildirilsə də, yaşına görə "qırmızılar"ın ilə hazırkı transfer modelinə uyğun gəlmədəyi hesab olunub.
Qeyd edək ki, Robinson 2020-ci ilin avqustundan "Fulhem"in formasını geyinir. O, cari mövsümdə 19 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.
Transfermarkt onun transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir.