PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya yayda klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, gürcü futbolçu Londonun "Arsenal" klubuna keçə bilər. "Topçular" yay "transfer pəncərəsi"ndə onu "rənglərinə bağlamağı" düşünür. 

 

Xviçanın özünün də İngiltərəyə köçməyə hazır olduğu bildirilir. Lakin PSJ futbolçu ilə ayrılmaq niyyətində deyil və onu saxlamaq üçün hər şeyi edəcək.

 

Qeyd edək ki, Xviça bu mövsüm Liqa 1-də 22 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib.