Fransa millisinin baş məşqçisi Didye Deşam milli komandada potensial əvəzedicisi ilə bağlı sualdan narazı qalıb. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat paylaşıb:

 

"Mən adətən belə şeylərə şərh vermirəm. Və sizin vasitənizlə cavab verməyəcəyəm. Mən özüm üçün həqiqətən vacib olanı edirəm. Bunu istədiyiniz kimi şərh edə, istədiyiniz hekayələri yarada bilərsiniz. Enerjimi buna sərf etməyəcəyəm. Mənim bir məqsədim var, bilirsiniz. Və bundan sonra nə baş verəcəyi mənim işim deyil".

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Fransa millisinin keçmiş oyunçusu Zinəddin Zidanın millinin "sükanı arxasına" keçəcəyi ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəldiyi xəbəri yayılıb.