"Tottenhem"in müdafiəçisi Kristian Romeronun müqaviləsində "Barselona", "Real" və ya "Atletiko"ya transferi ilə bağlı xüsusi bənd var. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, müdafiəçi təklif alacağı təqdirdə 60 milyon avro qarşılığında bu üç klubdan birinə keçə bilər. Bu bəndə əsaslanan "Atletiko" 27 yaşlı argentinalıya "elçi" düşüb. Madrid klubu artıq Romeronun agentləri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, hazırda "Tottenhem"in kapitanı olan müdafiəçi 2022-ci ilin yayında 52 milyon avroya "Atalanta"dan London klubuna transfer olunub. O, İngiltərə klubunda 155 oyunda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.