"Sabah"ın futbolçusu Umarali Raxmonaliyevin dəvət aldığı Özbəkistan yığması FİFA Seriyası çərçivəsində Venesuela milli komandası ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.

 

Qalibin adı penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Özbəkistan yığması 5:4 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, Umarali Raxmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.


Xatırladaq ki, Özbəkistan yığması martın 27-də Qabon millisi ilə üzləşib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.