Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun 28 komandaya qədər genişləndirildiyini elan edib. Sport24.az xəbər verir ki, turnir gələn il Keniya, Tanzaniya və Uqandada birgə keçiriləcək.

 

CAF prezidenti Patrıis Motsepenin sözlərinə görə, bu qərarın məqsədi rəqabət səviyyəsini artırmaq və regionda futbola marağı daha da gücləndirməkdir.

 

Hələlik əlavə olunacaq dörd komandanın iştirak formatı və yeniliyin tətbiq tarixi açıqlanmayıb. 2019-cu ildən etibarən əvvəlki genişlənmədən sonra Afrika Millətlər Kubokunun final mərhələsində 24 milli komanda iştirak edir.

 

Motsepe həmçinin təsdiqləyib ki, Afrika Millətlər Kuboku 2028-ci ildən etibarən dördillik tsiklə keçəcək. Bundan əlavə, 2029-cu ildən başlayaraq hər il keçiriləcək Afrika Millətlər Liqasının yaradılması planlaşdırılır. Yeni turnirdə CAF-a üzv olan bütün 54 assosiasiya iştirak edəcək və final mərhələsi 16 komandadan ibarət olacaq.