Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliyanın DÇ-2026-ya vəsiqə qazanmaq şanslarını qiymətləndirib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bununla bağlı "Mozzart Sport"a açıqlama verib:

 

"Qattuzoya uğurlar arzulayıram və ümid edirəm ki, mundialda bir-birimizi görəcəyik. Onların vəsiqə qazanacağına 100 faiz əminəm. Yaxud, deyək ki, 95 faiz və qalanını tale həll edəcək.

Bir şey dəqiqdir. İtaliya dünya çempionatında nisbətən asan qrupda çıxış edəcək. İsveçrə həmin qrupda yeganə güclü rəqib olacaq". 

 

Qeyd edək ki, İtaliya sabah DÇ-2026-nın pley-off mərhələsinin həlledici görüşündə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.