"FIFA series" turniri millimizə nə verəcək? Ən azı komanda uzun fasilədən sonra bir araya gəldi. Baş məşqçi öz oyun fəlsəfəsini komandaya aşılamaq imkanı qazandı". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib:
Hazırda agent kimi fəaliyyət göstərən veteran futbolçu millimizin "FIFA series" turniri çərviəsində Syerre-Leone millisi ilə qarşılşacağı matç haqda da gözləntilərini bölüşüb:
"Sent Lüsiya adlı ölkənin olduğunu yenicə öyrənmişəm. Syerre-Leoneni isə tanıyırıq. Millimiz bu matçlarda qol vurmaq bacarığını göstərməlidir. Nə qədər çox qol olsa, futbolçulara bir o qədər inam gələcək. Bu yığmalar bizim üçün rəqib deyillər, biz onlardan üstünük. Öz gücümüzü bizdən daha güclü rəqiblərə göstərməliyik. Yenə də milliyə çağrılan futbolçular özlərini yaxşı tərəfdən göstərməlidir. Yığmamıza uğurlar arzu edirəm".
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.