18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində mübarizəsini başa vurub. Sport24.az xəbər verir ki, martın 27-də İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan komanda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb.

 

Milli hər üç görüşdə məğlub olub.

 

Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb və qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

 

2026 Avropa Çempionatı (2-ci təsnifat mərhələsi)
C qrupu
Oyunların nəticəsi

 

27 mart
İspaniya – Azərbaycan 3:0 (25:10, 25:19, 25:17)

 

28 mart

Niderland – Azərbaycan 3:0 (25:11, 25:12, 25:16)

 

29 mart
Azərbaycan – Estoniya 0:3 (15:25, 20:25, 15:25)