İngiltərə Premyer Liqası klublarının 4 fevral 2025-ci il və 2 fevral 2026-cı il tarixləri arasında futbol agentlərinə və vasitəçilərinə ödədiyi məbləğlər barədə məlumatlar açıqlanıb. Sport24.az xəbər verir ki, elitada mübarizə aparan 20 klubun ümumi xərcləri 460 milyon funt sterlinqə çatıb və bu məbləğin böyük hissəsi "transfer bazarı"nda fəal iştirak edən aparıcı komandaların payına düşüb. 

 

Siyahıya bu dövrdə agentlərə 65,1 milyon funt sterlinq ödəyən "Çelsi" başçılıq edib. Agent haqları 38,4 milyon avro təşkil edən "Aston Villa" ikinci yerdə qərarlaşıb. İlk "üçlüy"ü 37,4 milyon funt sterlinqlə "Mançester Siti" tamamlayıb.

 

"Liverpul" (33,9 milyon funt sterlinq), "Arsenal" (32,1 milyon funt sterlinq) və "Mançester Yunayted" (31,8 milyon funt sterlinq) də agentlərə xeyli məbləğ xərcləyib. Cədvəlin son pillərində isə "Börnli" (7,4 milyon funt sterlinq) və "Everton" (9,9 milyon funt sterlinq) qərarlaşıb.