"Mançester Siti"də mart ayının ən yaxşı futbolçusu məlum olub. Sport24.az xəbər verir ki, bu, müdafiəçi Abdukodir Xusanovdur.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə yarımmüdafiəçi Rodri və vinger Ceremi Dokunu qabaqlayıb.


Özbəkistanlı futbolçu ötən ay 6 oyunda meydana çıxıb.