Aprelin 28-30-u aralığında taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) təşkil olunacaq yarışda müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən idmançılar dayanq üzərinə çıxacaqlar.